Təcnis
Bir az asta yeri, dağdan uçarsan,Uca dağ dediyin Əsəlgərd1ədə..Neçə yol bərəyə, bəndə düşübsən,Xəstə Qasımda da, Ələsgərdə də.
Yanarmı, yüz od vur, ad-sanı qala,Ömrü Dəlidağdı, ad-sanı qala.Haqqı var bir belə ad-sanı qala,Ölgün kəlmə yoxdu Ələsgərdə də!
Ona şeir yazdım, dedi yaz, anam,Gərək ustadımı yay, qış, yaz anam.Zəlimxan, demə ki, şeir yazanam,Sən körpə uşaqsan, Ələsgər dədə.
1972, 16 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tecnis-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
Zindani-qəmdə oldu gunum qarət ağlaramZindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır