Geri dönməz ötən günlər,Yüz yol can at, yeri, yüyür.Şair, yoxdur, gözə dəymir,Bəlkə küsüb ceyran, cüyür.Bir talada ocaq çatdım,Gördüm yenə can üşüyür.Kimə deyim, göynəməsin,Mən dərdimi hara yazım.Bu yerlərə şeir deyənVurğun hanı, Qarayazım!

Yurd yerini küskün gördüm,Boğdu məni qubar, qəhər.El köçünü hara çəkib,Kişnəmədi bircə kəhər!Gecə yaman ağır keçdi,Gec açıldı bu gün səhər.Bu nə uzun həsrət oldu,Ara vermir qar, a yazım.Bu yerlərə şeir deyən,Vurğun hanı, Qarayazım!

Ay qoca Kür, niyə susdun,Axan təbin durğundumu?Nəğməkarsız keçən ömrün,İntizardan yorğundumu?Tüstülənən bu od, ocaq,Qəlyan çəkən Vurğundumu?Kövrək vaxtı qoy sözümüGöz yaşımla qara yazım.

Bu yerlərə şeir deyən,Vurğun hanı, Qarayazım!

İzlərini nişan versən,Ləpirindən öpəsiyəm.Sevincimi çiçək kimiBu düzlərə səpəsiyəm.O işığın pərvanəsi,O dənizin ləpəsiyəm.Şair gəlsin bu yerlərəQoy sovuşsun qar, a yazım,Bir də sual olmasın ki,Vurğun hanı, Qarayazım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri