Bir qızılbalığa atdılar toru,Balıq nə bilsin ki, tor badalaqmış.Od olub insanı yandırmaq üçünKül altda gizlənən qor badalaqmış.

Fikrim gecə-gündüz nəğmədə, səsdə,Gah zildə dil açdım, gah da ki, pəsdə.Xalqı ovudanda muğam, şikəstə,Mənimçün oxunan xor badalaqmış.

Sirrini, sözünü açma heç kəsə,Dərdi yaman dillər salacaq səsə.Yalandı, xəyanət ölmüşəm desə,Onun uydurduğu gor badalaqmış.

2006, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri