Qəbir daşında yazı.Münəvvər xanımın xatirəsinə

Bir qadın yaşadı bu yer üzündə,Ruhu, zərifliyi gül-ipək kimi.Xətrinə dəymədi qarışqanın da,Dolandı bir pəri, bir mələk kimi.

Xeyirxah qadındı, mehriban ana,Yandırdı bağrını dərd xana-xana.Dözmədi ağrının ağırlığına,Soldu şaxta vurmuş bir çiçək kimi.

Çəkdiyi zəhmətdi, gördüyü acı,Qadındır hər evdə başların tacı.Ruhuna min rəhmət, Münəvvər bacı,Uçdun əlimizdən kəpənək kimi.

2010, 18 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar