Biz
Dünyanın ən azad neməti — külək,Dünyanın ən alçaq sənəti — kələk.Dünyanın ən böyük qüdrəti — fələk,Külək də, kələk də, fələk də bizik.
Dünyanın ən zərif sərvəti — çiçək,Dünyanın ən zəif xilqəti — milçək.Dünyanın ən güclü sürəti — şimşək,Çiçək də, milçək də, şimşək də bizik.
Dünyanın ən gözəl cənnəti — bələk,Dünyanın ən nurlu surəti — mələk.Dünyanın ən varlı dövləti — ürək,Bələk də, mələk də, ürək də bizik.
2007, 1 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-biz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdimXəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.