Qurumuş əllərim kəsib, doğrayıbArtıb ürəyinin nisgili, yası.Durub beş il əvvəl durduğu kimi,Qalıb kölgəsində balta yarası.

Dedim öz-özümə: bu nə sənətmiş,İnsan yara vurmaz, yara bağlayar.Biz də əyri baxsaq, onda təbiət,Görən ümidini hara bağlayar.

Hansı bir həvəsdə yoldan çıxardıb,Azdırıb fikrimi dumanda, çəndə.Gəl keç günahımdan, ay qoca palıd,Şair olmamışam səni kəsəndə.

1973, 21 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri