Gözəl bir yuxu gördüm,Yuxumu yozan ola,Bu çeşmənin başında.

Kor gözlər işıq tapa,Dünya yaraşıq tapa,Şirin bir ozan ola,Bu çeşmənin başında.

Solmaya çiçəkləri,Uça kəpənəkləri.Hamıya sirdaş ola,Sevindirə təkləri.Nə qar, nə xəzan ola,Bu çeşmənin başında.

Qarışa sevənlərinSevincinə, qəminə.Dil verə ilhamına,Güc verə qələminə.Yaxşı bir yazan ola,Bu çeşmənin başında.

Qarışam bu saflığa,Bürünəm şəffaflığa.Qovuşam cənnətimə,Qəbrimi qazan ola,Bu çeşmənin başında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar