Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?Bir öpüş istədim ondan... Yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nizami! - dedi, - birdən ayılıb, gördüm o yox,Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-gece-xelvetce-bize-sevgili-yar-gelmis-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçmişlərdə Yəməndə bir meyvəsatan vardı,Bir tülkücüyəz onun malını qoruyardı.
Sirlər xəzinəsi, fəsil 36Ey vüsal gecəsinin ən möhtəşəm heykəli,Ey səhər bayrağından daha yüngül, kölgəli!
Sirlər xəzinəsi, fəsil 37Tutularaq bəlaya bir zahid darda qaldı,Meyxanələr küncündə özünə məskən saldı.
Sirlər xəzinəsi, fəsil 38Yetməzmi dövr etməyin, bir az yavaş, ey fələkDe, sakit duracaqsan, ey yer, sən nə vaxtadək?
Başqa şairlərin şeirləri · Eşq
Yaralar qövr edir təzədən, ürək!Niyə könül verdin ona sən, ürək?
Niçin?Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Dərdü qəm ilə yandı könül, yar bulunmazDərdü qəm ilə yandı könül, yar bulunmaz,Çox darü diyar istədi, dəyyar bulunmaz.