Görün, önündə aşiqin şiri necə şikar edər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Görün, önündə aşiqin şiri necə şikar edər,Pələng kimi cavanları, bir anda biqərar edər.
Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır,Nə işdi ki, vurulmamış bu qəlbim ahü zar edər.
Alıb ləbin sorağını, dağıtmışam libasımı,Görün, bu mey nə meydi ki, içilməmiş xumar edər.
Dedim o daş ürəklidən vəfa görüm, nə çarə ki,Mənim bu şişə könlümü ələmlə səngsar edər.
Şəbin visalı hər səhər alışdırır xəyalımı,O hər gecə bu könlümü, görün, nə tarümar edər.
Xəzinədirsə möhnətin, xərabələrdə məskən et,Qərarsız könüldə, sor, nədən qəmin qərar edər?
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə qədr zalım olsa da, Nizami, əl götürmə sən!Gül istəyən cəfa çəkib, tikanla ruzigar edər.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-gorun-onunde-asiqin-siri-nece-sikar-eder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey şair, sabahını uğurlu görsün aləm,Bu işdə bir dost kimi tutdu əlimdən qələm.
Şərəfnamə, fəsil 1Ey Tanrı, dünyaya sənsən padişah,Biz kiçik bəndəyik, sən böyük Allah.
Şərəfnamə, fəsil 2Kimsəm yox, ey bizə böyüklük verən,Pənahım da sənsən, köməyim də sən.
Şərəfnamə, fəsil 3Seçilmiş elçidir ulu Tanrıdan,Möhkəm hökmləri xalqa çatdıran,