Bu yurdu, Vətəni sevən hər kəsin...
Bu yurdu, torpağı sevən hər kəsin,Baxsanız, gözündə od görərsiniz.Soyuq sifətləri, buz baxışlarıVətən sevgisinə tay görərsiniz.
Ürəkdə sevginin toxumu varsa,Gözdə işartısı boy verəsidir.Torpağın yolunda can qoyanların,Bu torpaq hayına hay verəsidir.
Ucalıq gətirən ulu sevgilər,Süzülər, ən təmiz diləkdən gələr.Ətdən qana keçər, süddən sümüyə,Beşikdən süzülər, bələkdən gələr.
Bu yurdu, torpağı sevən kəsləri,Elə Babək gördüm, Nəsimi gördüm.Dünənə boylandım, sabaha baxdım,Nərəmi eşitdim, səsimi gördüm.
Yara var, məlhəmi məndən istəsin,Gedərəm yolunda qurban olmağa.Bu yurdu, torpağı sevən hər kəsin,Dərdi var, hazıram dərman olmağa!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-yurdu-veteni-seven-her-kesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Çün eşqimin hərarətini gördü ruzigar.
نبودم مرد این میدان و آورد او به میدانمچو گویم کرد سرگردان و میبازد به چوگانم
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri