İnsan çaşanda bilmirnə danışsın, neyləsin,Sevincəmi gəl desin,ağrıyamı, ahamı?Şirin bir xoşbəxtliyitapıb yaşamaq üçünDar komamı yaxşıdı,gen saraymı, kahamı?

Göz nurdan, üz işıqdan,diz heydən ayrılanda,Hamıdan üz çevirib,hər şeydən ayrılanda,Ayaq yerdən üzülüb,əl göydən ayrılanda,Nəfsəmi qurban etsinömrünü, tamahamı?

İnsan çaşır, İlahiheç kəsi çaşdırmasın,Heç kəsin yaxasınışeytan əli cırmasın.Neyləsin ki, qəlbiniyağan daşlar qırmasın,Millətəmi güvənsin,fərman verən şahamı?

Qapı şübhə qapısı,kim açmaya, kim aça,Tərəddüdlər əlindənoğul istərəm qaça.Qalıb yolayrıcında,yol haça, ümid haça,Şeytanamı əl açsın,tək olan Allahamı?2003, 19 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri