Arzusu tükənməz şair könlümün,İldə min tərəfə min səfəri var.Bu dəfə Çin səddi aşılmalıdır,Bu dəfə qarşıda Çin səfəri var!

Axmaz varaqlara qaynar misralar,Sevincim, fərəhim çevrilər yasa.Mənim duyan könlüm, sevən ürəyimGündə bir səfərə hazır olmasa!

Şanxay, 1994, mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri