Dağlar qonaqlıq verir
Qonaq gəlib dağlara, sazlı-sözlü, qələmli,Sevincindən kövrəlib baxır gözləri nəmli.Yenə də bulaq başı tamaşalı-sənəmli,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Yenə qaynar çeşmədən bir gözəl su gətirir,Yenə çoban sürüdən qumral quzu gətirir.Yerdən, göydən, havadan tanrı ruzu gətirir,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Cığır tutub əlindən yüksəklərə qaldırır,Qaya dirsəklən deyir, çəmən xalı saldırır.Sellər, sular dil açıb saz havası çaldırır,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Gah açılır, nur yağır, gah tutulur, çən gəlir,Duyğumuz, düşüncəmiz zirvələrə tən gəlir.Üzündə gül haləsi neçə gülbədən gəlir,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Baxır göyün rənginə, baxır qarın ağına,İnsan burda qovuşur ömrün zirvə çağına.Ürəyini süfrətək açıb öz qonağına,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Qaya, mamır, daş-kəsək, yağış, bulud, çən, çisək,Nurlu gün, təmiz hava, yumşaq meh, sərin külək.Havalanıb coşanda sinəyə sığmır ürək,Şair gəlib dağlara, dağlar qonaqlıq verir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-daglar-qonaqliq-verir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar,
ÇiçəkliHayana boylanıb, hayana baxsan,Yer çiçək, göy çiçək, təbiət çiçək.
Göylərə çağırış varYaşıl bir diyardayam,Qəlbimə qüvvət gəlib.
Xəbərim yox özümdənBu rəssam təbiətin rənglər dünyasındayam,Vurulmuşam torpağın yaşılına, alına.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Başladı novbahar, çəmən seyrinə,Çıxıbdı gözəllər, ay yaz ayları.
Meşə yoluMeşə yolu, səhərdir...Çətir tutmuş ağaclar.
Kərayli: Bir bağda bülbül olmasaBir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin