Oxu təbiətin nəğmələrini
Ətirli bahar ol, çiçəkli yaz ol,Dillənən kaman ol, tellənən saz ol.Təpədən-dırnağa eşq ol, avaz ol,Çiçəklə, qönçəylə, yarpaqla danış,Torpağı danışdır, torpaqla danış.Oxşa çiçəklərin təzə-tərini,Oxu təbiətin nəğmələrini!
Arxalan palıda, dirsəklən daşa,Ver bu qayalarla yenə baş-başa,Sel ömrü, çay ömrü, dağ ömrü yaşa.Səs ol, hərəkət ol, sükuta sığma,Yağış ol, leysan ol, buluda sığma,Qəlbinə od versin suyun sərini,Oxu təbiətin nəğmələrini!
Gülə bax, zərifləş, körpə uşaq ol,Məxmərdən sığallı, tüldən yumşaq ol.Suya bax, dumduru qaynar bulaq ol,Oxu, dağ yerinə səda düşəndə,Oxu, cavanlığın yada düşəndə.Oxu, bir gözəlin baxışlarında,Bir oğul ürəyi oda düşəndə.Sev, ilham dediyin nazlı pərini,Oxu təbiətin nəğmələrini!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-oxu-tebietin-negmelerini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Haqqa doğru hər gün qalxım, ucalım,Çiçək kimi hal-əhvalı şən olum.
Xoş tamaşaBu dağlar nə qədər ozan yaradıb,Hər sözü dillərdə bir dəftər gəzib.
Ata-beyti ziyarət(Çingiz Aytmatovun məzarı başında düşüncələr)*Bişkəkdən Pamirin ətəklərinə bir yol uzanır. Həsrət və nisgil,*
Səmərqənd aparıramSənələrlə can atdımSəmərqəndi görməyə,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Talib oldum bir bağbanın bağına,Bağban bəsləyibdir bar şirin-şirin,
Dənizdə nəğməÜfüqlər arxasındaGün batır, axşam düşür.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,