Haqqa doğru hər gün qalxım, ucalım,Çiçək kimi hal-əhvalı şən olum.Ürəyimdə ağır ellər yaylasın,Yaylaq kimi əl-ətəyi şən olum.

Yellər ilə, sellər ilə yarışım,Ətirlənsin hər addımım, qarışım.Şehə dönüm, çiçəklərə qarışım,Süsən olum, sünbül olum, dən olum.

Bircə anım qoy getməsin boşuna,Misralarım dönsün qara qoşuna.Şeirim gəlsin Xoşbulağın xoşuna,Havalanım, zirvələrə tən olum.

Çəmən yaşıl, gözəl zərif, gül incə,Cavanlaşdım bu yerlərə gəlincə.Tüstülərin his-pasında ölüncə,Bir dərədə bircə əlçim çən olum.

Zəlimxanı yada salın, yoxlayın,Ömür sürün, yüz illəri haqlayın.Daşkəsəndə daş kəsməyi saxlayın,Məni kəsin, qurbanınız mən olum.

Daşkəsən, 2009, 14 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar