Danışammıram
Vətənin dilində danışdır məni,Qürbətin dilində danışammıram.Tanrı nə dərd verib mühacirlərə,Hicrətin dilində danışammıram.
Baxdım bir kimsəsiz kəsə, darıxdım,Qəribdən duyduğum səsə, darıxdım.Nəsə tasalandım, nəsə darıxdım,Xiffətin dilində danışammıram.
Dinim söaz dilində, kaman dilində,Coşum dağ dilində, duman dilində.Uzun ayrılığın yaman dilində,Həsrətin dilində danışammıram.
2001, 9 iyul Vaşinqton
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-danisammiram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
که باد جلوه گه برق، خانمان فراق
AyrıNiyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlarYenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.