Danışırdı
Dinlədim doyunca Oğuldərəni,Təbiət söz alır, söz danışırdı.Qartal söhbətini zirvədən salıb,Buzluğun sözünü buz danışırdı.
Vurdu topuğuma, çıxdı dizimə,Xoş ətir çiləndi güldən izimə.Bu çiçək dəryama, gül dəniziməBaş vurub oğlanla qız danışırdı.
Nəğmə yaranırdı çayın səsindən,Sellərin, suların zümzüməsindən.Əlik dırnağından, şir pəncəsindənCığır xəbər verir, iz danışırdı.
Salırdı qonağı zəhmətə, işə,Kabab güc gəlirdi cağbacağ dişə.Quzumu, toğlumu çəkilən şişə,Ocaq kəlmə kəsir, köz danışırdı.
1977, 23 iyul Laçın
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-danisirdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Vətənimizə bir neçə sözBahar oldu, ey sinədağlı çəmən!Göz aç qəmdən, ey xaki-paki vətən!