Gur bulaqlar, insafdımı,Sizi yalqız qoyum gedim.İstəyirəm zərrə-zərrəGözəlliyi duyum gedim.

Açılsın göylərin qolu,Sel tərpətsin sağı, solu.Çaxsın şimşək, yağsın dolu,Çıxsın burda suyum, gedim.

Dağlar olub babam, nənəm,Qoynunuzda hər gün şənəm.Təbiətin acı mənəm,İnanmıram doyum gedim.

1977, 20 iyul Qubadlı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri