Qulaq verdim Bərgüşadın səsinə,Könülaçan şeriyyəti var imiş.Xatırlatdı Həcərimi, Nəbimi,Axar suyun nə hikməti var imiş.

Məni gördü, əsdi, coşdu, çağladı,Həvəsindən hönkür-hönkür ağladı.Ürəyimi laylasına bağladı,Çayda şair təbiəti var imiş.

Kəlmə kəsib, söz açırdım çayıma,Bu məqamda ilham gəldi hayıma.Bir şeir də düşdü mənim payıma,Hər şairin öz qisməti var imiş.

1977, 21 iyul Qubadlı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət