Aman ağrı, ayaq saxla,sən tutduğun Allahsız iş,Ürəyimdən qan axıdıb,gözlərimi nəmləməsin.

Nə mən dənəm, nə dərd toyuq,ağlını yığsın başına,Mənim ruhum hesabınaruhsuzları yemləməsin.

Nolar şair ürəyininaçıq olanda qapısı,Qəm üstünə qəm gətiribqəlbi belə qəmləməsin.

Nə topum var, nə topxanam,silah ancaq qələmimdi,Üstümə qoşun yeridibordusunu cəmləməsin.

Üz verdim, astar istədi,yağış verdim, qar istədi,Dərdə deyin, həddi aşıb,bir belə sərsəmləməsinl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri