Gözüm yollarda qaldı,Səbrim daralmamış gəl.Aydınlığı sevirsən,Hava qaralmamış gəl.

Oxuyub ozan ollam,Bəxtini yazan ollam.Gec gəlsən, xəzan ollam,Rəngim saralmamış gəl.

İşıq olum rənginə,Səs olum ahənginə.Əcəl çəkib cənginə,Məni yer almamış gəl.

2006, avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri