Deyildi
İnsan xoş diləklə gəldi dünyaya,Torpağa bağçası, bağı deyildi.Coşqun cavanlığın qaynar vaxtına,Ömrün ən istəkli çağı deyildi.
Kim istər həyatda günü puç keçə,Varlığı yox olub, dönə bir heçə.Vaxtsız ayrılığa, vədəsiz köçəSinənin sağalmaz dağı deyildi.
Açıldı gül-çiçək, yağdı yağış, qar,Gözü həm qış gördü, həm əlvan bahar.Gələndə eşqinə layla çaldılar,Gedəndə üstündə ağı deyildi.
1975, 23 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-deyildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Mən mailəm ol yarə, bəs indi necə olsun?Mən mailəm ol yarə, bəs indi necə olsun?Qoymuş məni avarə, bəs indi necə olsun?
من ز سودای تو سرگشته و سرگردانمگه بپهلو روم و گاه بسر غلتانم