Dəyməyin
Gördüyündən gözü-könlü bulanar,Nənələrin ürəyinə dəyməyin.Yaraları göz-göz olar, sulanar,Nənələrin ürəyinə dəyməyin.
Sapa dönər, yumaq olar, bükülər,Xalı kimi ilmə-ilmə sökülər.Şüşə qəlbi parçalanar, tökülər,Nənələrin ürəyinə dəyməyin.
Deməyin ki, bir ayağı gordadı,Ömrü-günü əcəl adlı tordadı.Nəvələrin nağıl payı ordadı,Nənələrin ürəyinə dəyməyin.
Bir bulaqdı, içilməsə kor qalar,Bir ocaqdı, közü sönər, qor qalar,İldən-ilə saçlarında qar qalar,Nənələrin ürəyinə dəyməyin.
Dağ olsa da, acı sözdən incələr,Bucaq seçər, öz yerini künc eylər,Şirin kəlmə qocaları gənc eylər,Nənələrin ürəyinə dəyməyin.
Yaxşı baxın arxaya siz, önə siz,Ucalıq var, nədən ötrü enəsiz.Fikirləşin, sabah siz də nənəsiz,Nənələrin ürəyinə dəyməyin.
Gərdən sınar, kəmər düşər, bel inlər,Toxunarsan, ürəyində tel inlər.İnsaf edin, ay nainsaf gəlinlər,Nənələrin ürəyinə dəyməyin.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-deymeyin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
“Mənə bir it hürür, bir qara çaqqal”*Ə.Cavad*
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Mahi-Kən’anın batıb, ey piri-Kən’an, qəm yemə!Mahi-Kən`anın batıb, ey piri-Kən`an, qəm yemə!Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!