Könlüm
Bax gözlərin şöləsinə,Həyat versin şölə sənə.Kim vurulmaz beləsinə,Vurulmağa dəyər, könlüm.
Yaza dönər, qışın olsa,Belə tərlan quşun olsa,Yolunda bir qoşun olsa,Qırılmağa dəyər, könlüm.
Qurban eylə baş da, can da,Bu sevgini yaşat qanda,Boz-bulanıq sel olsa da,Durulmağa dəyər, könlüm.
Gözü bəsdi, bulaq gəzmə,Könlü bəsdi, ocaq gəzmə,Bu gözəldən uzaq gəzmə,Yar olmağa dəyər, könlüm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-konlum-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mənim Tanrım
Mən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,