Dost – torpaq
Nə yaman soyuqmuş torpağın üzü,Canında bir zərrə isti yoxuymuş.Qoynuna çəkdisə qurtardı, getdi,Od-ocaq kəsildi, tüstü yoxuymuş.
Göz yaşı, dərd-nalə, ah-zar aparır,Bizi ölüm çəkir, məzar aparır.Hərəni bir cürə azar aparır,Allahın heç kəslə qəsdi yoxuymuş.
İnsanın zülmünə, bəxtinə baxın,Dərd dalğa-dalğadı, qəm axın-axın.Yenə də insanın torpaqdan yaxın,Torpaqdan istəkli dostu yoxuymuş.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dost-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yerin üstü – yerin altı
Bu gün yerin üstündəyəm,sabah altı mənimdir.
Zirvələrin eşqiŞimşəklərin, tufanlarındağ başında məşqi var,
TəbrizDedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.
Şəhriyar qəzəliHaqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.