Şair ömrü bənövşədi,Dərdə boyun əyən olur.Bostanına daş atsalar,Tez qəlbinə dəyən olur.

Göy üzündə bulud görsə,Yer üzündə sükut görsə,Bir qapıda tabut görsə,Qəmdən libas geyən olur.

Çiçəyini dərə-dərə,Sözlərini tutun zərə.Daş atmayın şairlərə,Şairlər küsəyən olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar