Biz ki üzümüzü dünyaya tutduq,Bizdən niyə dönsün üzü dünyanın.Qızdırmaq istədik nəfəsimizlə,Ərimək bilmədi buzu dünyanın.

Qaralır Günəşi, tutulur Ayı,Allahdan kəsilmir bəndənin payı.Duzsuz adamların azalır sayı,Getdikcə azalır duzu dünyanın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri