Dünyanın yaxşı şeiri
Ulu ozanımız Yunus Əmrəyə
Nurlu gözdə bəslənir, odlu canda yaranır,Çaxır şimşəklər kimi, bircə anda yaranır.Gah qanlı davalarda, gah zindanda yaranır,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Xəzinəsi tükənməz ağır eldi, obadı,Dilqəmin məktubunu öpən badi-səbadı.Şəhriyarın dilindən qopan “Heydərbaba”dı,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Dünən dərin bildiyin, bu gün dayaz görünür,Yazdığın yazılarda nə qış, nə yaz görünür.Zəiflər bolluğunda yaxşılar az görünür,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Oğulsan, axarına, zərbəsinə qarşı dur,O, zülmə, ədavətə, xəyanətə qarşıdır.Məmməd Akif Ərsoyun sərt “İstiqlal marşı”dır,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Doğulan çox olsa da, neyləsin doğan ana,Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.Dahilik zərrə-zərrə hopur iliyə, qana,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Qəlb incələ-incələ iynəyə sap olsa da,Can quruya-quruya quruyub çöp olsa da,Qalaq-qalaq yazılar yığılıb çap olsa da,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.Ruh da, qan da, nəfəs də qadir Allahdan gəlir,Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dunyanin-yaxsi-seiri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün yerin üstündəyəm,sabah altı mənimdir.
Zirvələrin eşqiŞimşəklərin, tufanlarındağ başında məşqi var,
TəbrizDedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.
Şəhriyar qəzəliHaqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.