Ehtiyac
Dirsəyi dizində, əli üzündə,Yenə fikirlidir Alməmməd kişi.Arzular açılır, solur gözündə,Tutqundu, sirlidir Alməmməd kişi.
Unluğun unu yox, dənliyin dəni,Fikri gah dağdadır, gah da aranda.Enir gözlərinə payızın çəni,Çörək tükənəndə, duz qurtaranda.
Dərdin alovunda qovrulur sinə,Özü təkbaşına, külfəti ağır.Bərəkət yerinə, nur əvəzinəHər yandan üstünə ehtiyac yağır.
Geriyə çəkilmək deyil ki, asan,Elin adəti var, toyu, yası var.Gərək baş çıxardıb, üz ağardasan,Hər kəsin bir cürə təmənnası var.
Götür-qoy edərdi əvvəli, sonu,Qalmazdı heç kəsin xeyir-şərindən.Yoxsulluq sınağa çəksə də onu,Əli soyumazdı öz işlərindən.
Gün döydü, zirvənin əridi qarı,Neçə payız gəldi, neçə yaz oldu.Ancaq ehtiyacın nəs ayaqlarıOnun qapısından qayıtmaz oldu.
Arabir sazıydı başını qatan,Beş gün qəm çəkəndə bir gün şad oldu.Dar gündə hay verib dadına çatan,Ömür-gün yoldaşı Pərizad oldu.
Qəlbini sıxmadı olsa da qadın,Ürək-dirək verdi hərdən ərinə.Sınmadı içində qohumun, yadın,Güvəndi gücünə, biləklərinə.
Baxmadı zülmünə dövrün, zamanın,Döşündən süd verdi balalarına.Dedi yeri deyil ahın, amanın,Dözdü qara günün bəlalarına.
Laylasını bol elədi,Ələsgəri doğan ana!Söhbətini bal elədi,Ələsgəri doğan ana!
Heç qoymadı bala sına,Bir qucaqda qala, sına.Ömür verdi balasınaƏləsgəri doğan ana!
Bir öyrətdi, yüz öyrətdi,Doğru dedi, düz öyrətdi.Kəlmə kəsdi, söz öyrətdiƏləsgəri doğan ana!
Sözümüzün binasıdır,Ocaq olub yanasıdır.Şairlərin anasıdırƏləsgəri doğan ana!
Pərizad gördü ki, neçə gün olar,Açılmır ərinin qaşı-qabağı.Dedi öz-özünə: burda bir iş var,Yoxsa niyə damsın üzündən ağı?
Ehtiyac! Bu sözün sərt olur üzü,Ürəyi üşüdür, dili göynədir.Çəkir imtahana gecə-gündüzü,Ocağı söndürür, külü göynədir.
Ömürlə vuruşur, günlə döyüşür,Üzür ürəyi də, sıxır canı da.Vurğunun kəlamı yadıma düşür:“Ehtiyac qul eylər qəhrəmanı da!”
Düzün ortasında təntidər, yıxar,Qurudar bədəni bir qaxac eylər.Hər addım başında qarşıya çıxar,İnsana neyləsə ehtiyac eylər!
Ömür yoldaşına söz aça bilmir,Boğur öz-özünə yaş Alməmmədi.Gözünün önündən duman çəkilmir,Elə bil dondurub qış Alməmmədi!
Övladı ayrılıb oğul-uşaqdan,Közəmi tapşırsın, odamı versin?Gözü görə-görə baxsın uzaqdan,İndi doğmasını yadamı versin?
Sıxlaşır başında saçının dəni,Bu dərdi çiynindən götürə bilmir.Yüz dəfə qəlbindən gəlib keçəniBir dəfə dilinə gətirə bilmir!
Nökər! Bu kəlməni düşünən kimi,Sanki top atılır qulaqlarında!Qırılır qəlbinin incə bir simi,Qəzəbi oxunur dodaqlarında!
Düşünür, nolaydı ata söhbəti,Oğul ürəyinə toxunmayaydı.Duyanda ən acı bir həqiqəti,Üzündən yetimlik oxunmayaydı!
Tərpənə bilmədi durduğu yerdən,Boylandı eşiyə o, ağır-ağır.Fikirli-fikirli tərpəndi birdən,Arvad, Ələsgəri yanıma çağır.
Ata buyruğunu eşidən kimi,Ələsgər quş olub qondu içəri.– Oğul, bir sözüm var, dinlə fikrimi,Söz deşir sinəmi nə vaxtdan bəri.
Gəl səni tapşırım Kəblə Qurbana,Mayalı bir işin qulpundan yapış.Ehtiyac əlindən gəlmişik cana,Üzdü ömrümüzü, üzdü payız, qış.
Bir az ehtiyatla dindi, danışdı,Alməmməd çəkmədi nökər adını.Bu sözün zərbəsi ona tanışdı,Qorxdu ki, küsdürər öz övladını!
Söz, mətləb bir oldu, ikilənmədi,Ələsgər baş əydi, ata, mən hazır!Xeyir-duanızı siz verin dedi,Görək alnımıza tale nə yazır.
Göyçənin gülləri mayalamışdıKörpə Ələsgərin əmdiyi südü.Bu maya qolundan elə yapışdı,Ələsgər dağ kimi qalxdı, böyüdü!
İllərlə dad verər gətirdiyi bar,Hünəri başqadır kökün, şirənin.Bilin ki, zatında od var, alov var,Gəlişi dünyaya nur gətirənin!
Ata buyruğuna olsa da razı,Oğul ürəyindən qara qan gedir.Taledən narazı, vaxtdan narazı,Ağa qapısına nigaran gedir!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ehtiyac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Xəzərə xitabYenə bu gecə də keçdi yandan,Gözümdə yuxu yox, yenə bidaram.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,