Görmək istəmirdin əzəldən məni,Necəsən, gözündən yayınam indi.Deyəsən, qədrimi bilirsən daha,Yazınam, qışınam, yayınam indi.

Unudub ürəklər həsrəti, qəmi,Başlanıb söhbətin qəlbaçan dəmi.Sən mənim qoynumda üzən bir gəmi,Mən sənin dənizin, çayınam indi.

1973, 11 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri