Uşaqlıqda heç beləağlamazdım,İndi daha çoxağlayıram.Onda oyuncaqlarısayardım,İndi dərdlərimisayıram.Dərdim məndənağır oldu,Gözlərimdən tökülənyaşlar çoxaldı.Bostançını çərlətdilər,Bostanıma atılandaşlar çoxaldı.Ruhumdakı səksəkələr,Qəlbimdəki təlaşlarçoxaldı.Şəhdi-şirəm nə varsaArı kimi Dədələrdənçəkdim.Ağrım-acım nə varsaİlan dilli gədələrdənçəkdim.Nə çəkdimsə bu dünyadaGədələrin gəldiyihədələrdən çəkdim.Hədələrin vurduğuzədələrdən çəkdim.Ayların, illərin əlində,Tikanlı çöllərin əlində,Zəhərli dillərin əlindəKarvandı, beləcəköç olub gedir.Ömürdü, beləcəpuç olub gedir.Varlıqdı, beləcəheç olub gedir.

2009, 18 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri