Yalanı doğrayan,böhtanı deşən,Qılınc sözlərim var,ox sözlərim var.Qanı bağışlayan,davanı kəsən,Gözü də, könlü dətox sözlərim var.

Dəydi kürəyiməAllahın əli,Çox şükür, sevgidənolmadım dəli.Özünü yormasınşeytan əməli,Haqqa arxalananhaqq sözlərim var.

Tilsimli qalatəksirr saxlamışam,İlhamı qəlbimdəgur saxlamışam.Hədəfə vurmağayer saxlamışam,Hələ bu dünyayaçox sözlərim var.

2010, 12 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq