Kitabım
Kitablar kitabıvermişəm sənə,Çəkinmə, ürəkləaç kitabımı.Sandıqda saxlama,hücrəyə qoyma,Duyan könüllərəsaç kitabımı.
Başa düş, dərk eylə,divanə keçmə,Gör necə alışır pərvanə,keçmə.Bir sətrin yanındanbiganə keçmə,Oxu kəlmə-kəlmə,keç kitabımı.
Sağlam bir düşüncə,saf fikir olar,Oxuyan çevrilərocaq, pir olar.Mənim dediklərimmində bir olar,Min kitab içindəseç kitabımı.
Bir incə mətləbdi,bir köklü sazdı,Bir şair qələmiyazdıqca yazdı.Onu kitab kimioxumaq azdı,Çeşmə sularıtəkiç kitabımı.
2010, 13 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kitabim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.
Məhəmməd FüzuliyəEy Füzuli! Eşqin yenə məclisimə tam gətirib,Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.
Cavid ƏfəndiSağlığında bir-birinə həsrət qalan, payına zülüm, intizar, ayrılıq*düşən ATA – CAVİD, OĞUL – ƏRTOĞRUL BƏY, ANA –*
Aşıq ƏləsgərəKönlümdə yaşadıb könül varımı,Sazımı eşqinlə çalmışam, ustad.