Ana sevinəndə
Quruyur, kəsilir gözdəki yaşlar,Dayanır qırğınlar, kəsir savaşlar.Sevincin önündə əyilir başlar,Ana sevinəndə Allah sevinir.
Qanqal çiçək olur, tikan gül olur,Durna qanadından dərd yüngül olur.Dünya bir can olur, bir könül olur,Ana sevinəndə Allah sevinir.
Yuyulur tərtəmiz suçlar, günahlar,Çəkilmir tətiklər, atmır silahlar.Sevən könülləri göynətmir ahlar,Ana sevinəndə Allah sevinir.
Duyur hər sevilən baxışı göylər,Vurur gözəlliyə naxışı göylər,Vaxtında yağdırır yağışı göylər,Ana sevinəndə Allah sevinir.
Bu hissə qəlbimi verib duymuşam,Sevinci gül kimi dərib duymuşam.Neçə yol gözümlə görüb duymuşam,Ana sevinəndə Allah sevinir.
Həyat nə nifrətdir, nə kindir, oğlum,Sevgi ən müqəddəs bir dindir, oğlum,Oğulsan Allahı sevindir, oğlum,Ana sevinəndə Allah sevinir.
2010, 13 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ana-sevinende
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vətən və qürbət mövzuları min illərdi yazılır, nə vətənin, nə*qürbətin sözü-söhbəti, şeiri-şeiriyyəti tükənmir ki, tükənmir. Görəsən*
AmerikaBöyükdür bu ölkə, alidir bu ölkə,Elə bil Allahın əlidir bu ölkə.
Bu da AmerikadırSevgisini duymuram,gözdən oxunur kini,
AğaclarDünyanın heç bir ölkəsində Amerikadakı*qədər nəhəng ağaclar görməmişəm*
Başqa şairlərin şeirləri · İlahi eşq
O qəlb ayinəsi dostun xəyaliylə müqabildir.
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.
KeçərBatinimdə dedi mənə bir əziz:– Məhəbbətdən keçən haqdan da keçər.
Ağ yalançıBir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.