Qələmlə dost olanilk gündən bəri,Qələmin yaşınagüvənmişəm mən.Bayatı qoruyan,dastan yaşadan,Elin yaddaşınagüvənmişəm mən.

Yazın qayalarınqırışlarına,Yazdırın, hər daşaköçürün məni.Kitabdan kitabaköçürmək azdı,Yaddaşdan yaddaşaköçürün məni.

2010, 27 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri