Möminlərin dodağındaoxunmasan dua kimi,Gedib haqqa yetişməsənqəlbimdəki ziya kimi,Heyif sənə, şeirim mənim!

Baldan şirin nemətlərtəkdərilməsən budaqlardan,Nur almasan baxışlardan,dad almasan dodaqlardan,Heyif sənə, şeirim mənim!

Zərbələrin sərt olmasamərmi kimi, qurşun kimi,Nəfəsində güc olmasaordu kimi, qoşun kimi,Heyif sənə, şeirim mənim!

Səni yazan mürəkkəbə,səni yazan vaxta heyif,Şöhrət adlı ucalığa,şahlıq adlı taxta heyif,Talelərə nur saçmasanşairdəki baxta heyif,Heyif sənə, şeirim mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri