Hicrət
Zülmə məruz qaldıqdan sonra Allah uğrundahicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik.Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş(kafirlər və hicrətdən geri qalanlar bunu,) biləydilər(“ən-Nəhl” surəsi, 41-ci ayə)
Budaq kökdən ayrılırsa,bu, budağın hicrətidir,Tufan sovub-sovurursa,bu, torpağın hicrətidir.Zaman axır, yol qovursa,vaxtın, çağın hicrətidir.Qada başdan, ağrı candanbirdəfəlik gedər olsun,Canımızdan hicrət edənolanda da kədər olsun,Qəm karvanı birdəfəlikömrümüzdən gedər olsunlBu dünyadan o dünyayagedənin də hicrəti var,Ruh bədəndən çıxan kimiyerdən göyə hicrət edər,Yer üstündən yer altınabədənin də hicrəti var.Axşamdan səhərə hicrət,Beşikdən məzara hicrət,bələkdən kəfənə hicrət,sənə hicrət, mənə hicrət,Lap əzəldən Adəmin də,Həvvanın da hicrəti var.
Hey dəyişir öz yerini,bir məkanda tutmur qərar,Atəşin də, küləyin də,havanın da hicrəti var.Hicrət edən birmi, beşmi,onmu, yüzmü?Dünya binnət olan gündənbu vaxtadəkKöç etməyən bir kimsənigördünüzmü?Ruhdan-ruha, candan-canaməhəbbət də hicrət edir.Dar bir sinif otağındangedib çıxır səhralara,Məcnun kimi düşür çölə,məhəbbət də hicrət edir.Hicrəti olmayan varsa,Yaradanım tək Allahdı,Lap peyğəmbər olsa belə,Məhəmməd də hicrət edir.
Bu, Peyğəmbər hicrətidir,Haqq özü məsləhət bilib,Dünya üçün, bəşər üçünən xeyirli cəhət bilib.Bu hicrətdən yeni tarix,yeni zaman doğulacaqlCahanda bir təzəcahan doğulacaqlZaman hicrət tarixiyləquracaq öz saatını,“Hicri” sözü bəzəyəcəkkitabların həyatını.Bu hicrətdən ziyalanıb,Həqiqətdən mayalanıbİki şəhər arasındabirlik, vəhdət doğulacaqlYeni ordu, yeni nizam,yeni dövlət doğulacaqlHicrət günü, hicrət anıTəzə ruhla, təzə əllə,təzə başlaYer üzünün təzələnmişsahmanıdır,Ulu bəşər tarixininrəhmətidir, Rəhmanıdır.Cəsarətə hamilədirhicrət bu gün,Ondan bütün Yer üzününsəadəti doğulacaqlMəkkə adlı bir şəhərdədoğulmuşdu sevgi şahı,Mədinədə Məhəmmədinməhəbbəti doğulacaql
Məkkənin müşrikləriağzından od püskürür,Heç kəs düz yola gəlmiriman gətirmək üçün.Hər ağızdan bir avaz,hər başdan bir səs gəlirBu axşam Peyğəmbəriqətlə yetirmək üçün.Ehtiraslar qızışır,qılınclar zəhərlənir,Ölüm lap Məhəmmədinbaşı üstə hərlənir.Onun yaşıl bayrağıenməlidir bu axşam,İslamın ocaqlarısönməlidir bu axşam.
Əliqanlı ovçularOvunu vurmaq üçüngirir bəndə, bərəyə,Allah özü göz qoyurbu qanlı mənzərəyəlSöz aydın, fikir qəti,Hamı təsdiq eylədibu məkrli niyyəti.Bu, intiqam gecəsi,bu, qisas gecəsiydi,Ancaq bir Allah bilirkimə toy gecəsiydi,kimə yas gecəsiydi?Ölüm, qalım, ya qismət —qismətədi, baxtadı,Düşmən öz tədbirində,Peyğəmbər sınaqdadı.Rəsulum fikirləşibnizamladı işini,Çox götür-qoy eylədifələyin gərdişinilOnun könül sirdaşı“Siddiq” adı qazanmışHəzrət Əbu Bəkrdi,Öz canından da artıqHəzrəti Məhəmmədinqayğısını çəkirdi.Ən dar ayaqda beləsadiqdi Peyğəmbərə,Kamalı, mərtəbəsilayiqdi Peyğəmbərə.Onların arasındaFikir haçalanmadı,bütövləşdi, tam oldu.Elə ki batdı Günəş,gün keçdi, axşam oldu,Qoydu Həzrət Əliniözünün yatağında,Canından əziziniölümün qabağında.Ayə gəldi şəninə,O düşsə də çətinə,Mələklər heyran oldu,Yaradan fəxr eylədiƏli cəsarətinə.Yola çıxdı iki dostgecənin bir çağında,Asan deyil ayrılıq:ət dırnaqdan ayrılır,Ocaq istisiz qalır,köz ocaqdan ayrılır.Papaq başdan ayrılır,baş papaqdan ayrılır,Qopur zorun gücünə,kök budaqdan ayrılır.Asan deyil ayrılıqMəkkə kimi şəhərdən,Dil ağızdan ayrılır,söz dodaqdan ayrılır.Bu şəhərdə doğulub,burda böyümüşdü Olİndi öz yuvasındanuçub gedən quşdu OlNə Əbu Talibi varona bir sipər ola,Nə elə arxası vardüşmənə çəpər olalDünən anasız qalanbu gün şəhərsiz qalır,İgid atı tərk edir,köhlən yəhərsiz qalır.
Həsrət ağır olandaİnsanın ürəyindəHeç zaman sağalmayançapıq qalır, iz qalır.Məkkənin həsrətiyləgözləri dola-dola,Bir də baxır göylərə,boylanır sağa-sola.Deyir: “Məni bağışla,ey müqəddəs şəhərim,Səndə keçdi hər günüm,hər axşamım, səhərim.Yetimlik görsəm də mən,məni yetim qoymadın,Səndən doymadığımtək,sən də məndən doymadın.Südündən mayalanıb,Zəmzəmindən içmişəm,Allah evi Kəbənibir aşiyan seçmişəm.Hər qarış torpağınıgözümə nur bilmişəm,Qara daşını belənur və büllur bilmişəm.Ata üzü görmədimlSənin üzünə baxıbmən atamı görmüşəm,Səndən necə ayrılım?Mən sənin qucağındaTükənməyən ləzzəti,dadı, tamı görmüşəm.Burda enib qəlbiməİlahinin ayəti,Mən burda eşitmişəmQoca tarixlə bağlımin cürə hekayətil”
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hicret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Firqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıqYanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.