Ürək, böyrək, baş, bədənsəni sınağa çəkdi,Bu gün qan sınağıdı,qana da imtahan ver.Ruh tələb edir — yaşa,can tələb — edir gedək,Ruhdan icazə istə,cana da imtahan ver.

Əcəl çox hay-küy salıbyaxasını cırmasın,Dinən şair qəlbidi,o telləri qırmasın.Ölümün suallarıqoy səni çaşdırmasın,İncik salma özündən,ona da imtahan ver.

Şah damarı dağıdıbaxan qanda nə tapdı,Dərd içində qovrulubyanan canda nə tapdı.Nə itirmişdi dünya,Zəlimxanda nə tapdı,Əvvələ də cavab ver,sona da imtahan ver.

Almaniya, Hannover

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri