Mehdioğulların faciəsi, Kəpənəkçi, 2010, 24 yanvar

Nə ağır faciə, nə çətin işdi,Mən necə daşıyım bu dərdi, Allah.Üç zülm, üç ölüm birdən yetişdi,Torpaq nə tez yedi üç mərdi, Allah.

Evlər hazırlandı toya-nişana,Toya gəlməlilər, vaya gəldilər.Bir elin ürəyi döndü al-qana,Ürək parçalayan haya gəldilər.

Bir kənd ağlamaqdan qırıldı, batdı,Rəhm qıl, İlahi, millət dardadı.Tanrım, bu nə toydu, bu nə büsatdı,Cüt oğul, bir ata bir məzardadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq