İşıq kimi
İşıqlı duyğular axır qəlbimə,Yağır saçlarıma dən işıq kimi.Ruhumda o qədər ulduz var, Ay var,Görünür gözümə çən işıq kimi.Tanrı içərimdə qurub taxtını,Hopur varlığıma din işıq kimi.Tükümə toxuna bilməz qaranlıq,Gəzirəm dünyada mən işıq kimi.Təpədən dırnağa işığam, nuram,Allahla Peyğəmbər arasındakı,Nurlu söhbət kimi, danışıq kimi.
2002, 1 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-isiq-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Adəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Könlüm nəsibi çün ki, bəla qıldı yarədənKönlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.
Xosrov və Şirin, fəsil 108Məsumlar haqqında düşəndə söhbətŞah dedi: "Rəsuldan mənə söhbət et.