Bu evləri kim dağıtdı,Kim uçurdu barısını?Kim ağlatdı bu evlərin,Qocasını, qarısını?

Əlacını axtar, ara,Söz yaralı, xəbər qara.Kim qaytarsın bu dağlara,Çiçəklərin arısını?

Yaman sındı kərən, Allah,Düşdük pərən-pərən, Allah.Kim sağaldar görən, Allah,Qəlbimizin yarasını?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri