Niyə
Ağlım, məni niyə çəkdin,Çiçəklər bitməyən yerə?Ruhum necə qanadlansın,Bülbüllər ötməyən yerə?
Gül üstündə ölər arım,Donar qəlbim, yağar qarım.Necə getsin ayaqlarım,Ürəyim getməyən yerə?
Yüz də mərd ol, yüz də mətin,Yollar ağır, yollar çətin.Yetir məni xəyanətin,Əlləri yetməyən yerə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-niye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəlmədi
Yenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
Bivəfa yarə könül versə vəfadar əbəsBivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,