Neyləsin
Mənim qayğılarım fil dizi bükər,Buna diz neyləsin, ayaq neyləsin?Üstünə daş yağıb, dağ yığılmışa,Dəmirdən, palıddan dayaq neyləsin?
Dərdin tüstüsü var, bacası yoxsa,Dərdin dərdbiləni, xocası yoxsa,Həsrətin gündüzü, gecəsi yoxsa,Mürgülü neyləsin, oyaq neyləsin?
Dönsə dumanına, dönsə tüstünə,Tanrı hər addımda dursa qəsdinə,Göylərin qəzəbi ensə üstünə,Ayağın altında torpaq neyləsin?
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-neylesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Təcnis: Nazlı yara dərdi-dilim yazmağa
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gülÇıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül,Sildi mir’ati-zəmiri-pakdən jəngar gül.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,