Gülürsən, sevinirsən,yanağında lalə görürəm.Ağlayırsan, hönkürürsən,gözlərində şəlalə görürəm.Tutulursan, dolursan,baxışında bulud görürəm.Susursan, kiriyirsən,dodağında sükut görürəm.Sevirsən, sevilirsən,sabaha uçuşlarını görürəm.Cəh-cəh vurub oxuyursan,səsində cənnətinquşlarını görürəm.Kövrəlirsən, qəlbində dünyanınqəmini görürəm.Danışırsan, nəfəsində könlümünhəmdəmini görürəm.Bütün zamanlarınruhu səndədi,Mən sənə baxandaBütün zamanları,Zamanların içindəHər saniyəni,hər saatı görürəm.Sən mənim həyatımsan,Hirsində, qəzəbində,Sevgində, əzabında,Tükənməz həsrətində,Sonsuz məhəbbətində,Şahanə duruşunda,Ağır oturuşundamən həyatı görürəm.Bir insan varlığında,sevgi xumarlığındaAllahın yaratdığıKainatı görürəm.

2009, 13 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri