Şair ömrü daş ömrüdü,Yer üzünün hər küncünəsəpilmişəm daşlar kimi.Sirr yerinə çevrilmişəm,Pir yerinə çevrilmişəm,öpülmüşəm daşlar kimi.Nə zaman ki, büt olmuşamİbrahimin baltasıylaçapılmışam daşlar kimi.İnsan əli mənə qayğı göstərəndəSaray olub, ehram olub,heykəl olubYoğrulmuşam,yapılmışam daşlar kimi.Məni sevən, məni duyanolmayandaBu dünyanın sirləriyləÖz içimə, öz dünyamaqapılmışam daşlar kimi.Zəlzələlər atıb məniyer altına,Min il sonra olsa beləitməmişəm,tapılmışam daşlar kimi.

2009, 14 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri