Dalğalara həsrət qaldı,dənizlərə tamarzı,Yaxşı üzən şairlərinqollarını kəsdilər.Qələmini sındırdılar,dəftərini aldılar,Yaxşı yazan şairlərinəllərini kəsdilər.Sözü gözdən salmaq üçünqılınc mindi hörmətə,Haqqı deyən şairlərindillərini kəsdilər.Bülbül kimi ötən sazıçırpıb qara daşlara,Pərdələri doğradılar,tellərini kəsdilər.Şair dili, şair əli,şair yolu kəsənlərÖzlərinin haqqa gedənyollarını kəsdilər.

2009, 15 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri