Açılmaq gül kimi aydın,Açılıb-solmayan varmı?Boz-bulanıq göylər kimi,Boşalıb-dolmayan varmı?

Qəmli kimdir – boyun bükən,Dərdli kimdir – qan-yaş tökən.Ey saçına sığal çəkən,Saçını yolmayan varmı?

Dörd yanımız hasar, barı,Gün əritməz yatan qarı.Biz gedirik qəbrə sarı,Bizimlə olmayan varmı?

2004, 30 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri