Dalğa dənizindi,çiçək çəmənin,Ruh canın payıdı,nəfəs bədənin,Millət şairindi,şair Vətənin,Nə yaxşı, nə yaxşımən sənin oldum.

Qanım nəslimindi,canım torpağın,Möhtacı deyiləmbeş arşın ağın.Yaşıl ağacındayaşıl yarpağın,Sarı sünbülündəbir dənin ollam.

Araya uçurum,dərə salmadı,Xeyrə yol göstərdi,şərə salmadı.Yaradan sözümüyerə salmadı,Vətən deyə-deyəVətənin oldum.

Yalta, 2010, 26 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar