Mənim sözlərimi söyləyin yarə,Verməsin acıdil yellərə məni.Vurğun aşiqini Məcnun eyləyib,Salmasın düzlərə, çöllərə məni.

Başına tac bilər qaya kəkliyi,Bülbül məskən eylər gül-çiçəkliyi.Mənə ağır olar onun təkliyi,Bülbüləm, yetirsin güllərə məni.

Zəlimxan tanışdı yar həyatına,Yaxşıca bələddi əsil-zatına.Ucaldıb göylərin yeddi qatına,Versə, o verəcək ellərə məni.

1972, 5 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq