Billəm, kar eyləməz kar qulaqlara,Olsa min fəryadım, min ahım mənim.Namərd zərrə qədər halıma yanmaz,Duman fikrim olsa, çən ahım mənim.

Gəlsə də başına ağır bir qəza,Haqq ölüm tanımaz, həqiqət cəza.Yazıqdı, vicdanı vermə güdaza,Yoxdu bu işlərdə günahım mənim.

Göz-göz açılsa da sinəmdə yaram,Əyriyə, oğruya mən göz yummaram.Zəlimxan, heç kəsdən kömək ummaram,Ancaq həqiqətdi pənahım mənim.

1972, 8 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq